2015-ci ildə kiberhücumlardan dəymiş zərərin həcmi açıqlanıb Yanvar 26, 2016 | 10:00 / Maraqlı məlumatlar

“Symantec” şirkətinin kibertəhlükəsizliklə bağlı hesabatına əsasən, 2015-ci ildə internet istifadəçilərinə kibercinayətlər nəticəsində 158 milyard dollar məbləğində zərər dəyib.

Mütəxəssislərin sözlərinə görə, ötən il 594 milyon insan haker hücumlarının qurbanı olub. Hakerlər tərəfindən törədilmiş kibercinayətlərdən dəymiş zərər adambaşına orta hesabla 358 dollar təşkil edib.

Rambler News Service”in məlumatına əsasən, kiberhücumlardan sonra texniki nasazlıqların aradan qaldırılmasına orta hesabla 21 saat sərf olunub.

Kibertəhlükəsizlik üzrə ekspertlər hesab edirlər ki, istifadəçilərin haker hücumlarının qurbanı olmalarına səbəb sadə parollardan istifadə etmələridir. Belə ki, daha mürəkkəb parollardan istifadə təhlükəsizliyin təmin olunması üçün ilkin şərtlərdəndir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı