ABŞ Milli Təhlükəsizlik Agentliyi yüz milyonlarla mobil telefonun yerdəyişməsini izləyir Yanvar 25, 2016 | 10:00 / Maraqlı məlumatlar

ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) məlumat bazasına hər gün mobil telefonların coğrafi mövqeyi haqqında təxminən 5 milyard qeyd daxil olur.

“Washington Post” qəzetinin məlumatına görə, MTA dünya üzrə ən azı yüz milyon qurğunun yerdəyişməsini izləyir.

Telefonları izləmə proqramları ABŞ vətəndaşları haqqında məlumatların toplanması üçün nəzərdə tutulmasa da, təsadüf nəticəsində çox sayda məlumat MTA bazasına düşür.

Coğrafi ərazi haqqında məlumatlar vətəndaşların siyasi, peşəkar və şəxsi münasibətləri haqqında bir çox informasiyanın əldə olunmasına şərait yaradır. Bu isə xarici və ABŞ vətəndaşlarının şəxsi həyatının toxunulmazlığı prinsiplərinə ziddir.  Bu haqda Amerika Vətəndaş Azadlıqları İttifaqının nümayəndəsinin bəyanatında bildirilir.

“Computerworld” 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı