Prezident İlham Əliyev “Microsoft” şirkətinin vitse-prezidenti ilə görüşüb Yanvar 21, 2016 | 04:12 / Mühüm hadisələr

Ölkə Prezidenti İlham Əliyev Davosda “Microsoft” şirkətinin vitse-prezidenti Syuzan Hauser ilə görüşüb.

Görüşdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sferasının uğurla inkişaf etdiyi və bu sahənin böyük əhəmiyyət kəsb etdiyi qeyd olunub. “Microsoft” şirkətinin Azərbaycanda bu sahəyə böyük diqqət yetirdiyi vurğulanıb.

Bildirilib ki, Azərbaycan iqtisadiyyatının modernləşdirilməsində İKT-nin tətbiqi mühüm rol oynayır. Bu baxımdan ölkədə təhsil və kosmik sənayenin prioritet sahələr olduğu vurğulanıb. Həmçinin Azərbaycanda İKT-nin tətbiqi ilə kənd təsərrüfatı sahəsində pilot layihələrin həyata keçirildiyi qeyd edilib.

Görüşdə Azərbaycan ilə “Microsoft” şirkəti arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

president.az

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı