Təbii fəlakətləri daha dəqiq proqnozlaşdırmağa imkan verən peyk orbitə çıxarılıb Yanvar 19, 2016 | 11:34 / Mühüm hadisələr

ABŞ Kosmik Agentliyinin (NASA) dünya okeanının müşahidəsi üçün "Jason-3" peyki "Falcon 9" raketdaşıyıcısının köməyi ilə orbitə çıxarılıb və istifadəyə hazırdır. Bu barədə "NASA" nümayəndələri açıqlama veriblər. 

"TASS" informasiya agentliyinin bildirdiyinə görə, "Jason-3" ABŞ və Avropa İttifaqı (Aİ) alimlərinin tədqiqatları üçün dünya okeanı səthini müşahidə etmək üçün nəzərdə tutulub. Gözlənilir ki, peykin köməyi ilə təbii fəlakətləri daha dəqiq proqnozlaşdırmaq, heyvanların miqrasiyasını izləmək, eləcə də iqlim dəyişikliklərinin effektini qiymətləndirmək mümkün olacaq.

Qeyd olunan peykdən əvvəl buraxılan "Jason-1" və "Jason-2" aparatları orbitə müvafiq olaraq 2001 və 2008-ci illərdə çıxarılıb. "Jason-1" fəaliyyətini 2013-cü ildə dayandırıb, "Jason-2" isə işini davam etdirir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı