Yaxın gələcəkdə supermarketlərdə kassirlər olmayacaq Yanvar 18, 2016 | 12:00 / Texnoloji yeniliklər

Amerikanın bankomat istehsal edən “Diebold” şirkəti kassa xidmətləri sahəsində yenilik tətbiq edib. Şirkət bütün ticarət məkanlarında fəaliyyət göstərəcək özünəxidmət kassalarının yeni konsepsiyasını təqdim edib. Bundan sonra müştərilər məhsul alarkən onun ştrix-kodunu özləri skan edəcəklər.

cantonrep.com saytının məlumatına görə, “Diebold” kassaları təmassız NFC-ödənişlərini dəstəkləyir. Ödəmə aparmaq üçün smartfonu terminala yaxınlaşdırmaq kifayətdir.

Qeyd edək ki, şirkət gələn həftə Nyu-Yorkda keçiriləcək “NRF Big Show” sərgisində yeni qurğusunu nümayiş etdirəcək.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı