Dünya əhalisinin 55 faizi şəhərlərdə məskunlaşıb Yanvar 13, 2016 | 09:26 / Maraqlı məlumatlar

Qloballaşan dünyanın ən böyük problemlərindən biri də urbanizasiya prosesinin sürətlənməsidir. Müasir dövrdə sənayeləşmə və iqtisadi tərəqqi nəticəsində əhalinin kəndlərdən şəhərlərə axını şəhər əhalisinin sayının artması ilə səciyyələnir.

“Наука и жизнь” jurnalının bildirdiyinə görə, hazırda dünya əhalisinin 55 faizi şəhərlərdə yaşayır. Hər gün şəhər əhalisi 190 min nəfər artır. Bu isə, öz növbəsində şəhərlər üçün bir sıra çətinliklər yaradır.

BMT-nin məlumatına görə, 2050-ci ilədək şəhər əhlinin sayı 6,3 milyard nəfərə çatacaq, bu isə planet əhalisinin 66%-i deməkdir. Bu haqda qurumun İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin urbanizasiyanın perspektivləri haqda hazırladığı yeni məruzəsində deyilib. Məruzə müəlliflərinin bildirdiyinə görə, 1950-ci ildə dünyada şəhər əhlinin sayı 746 milyon idisə, bu gün onların sayı 3, 9 milyard nəfər təşkil edir. 

Sənəddə o da deyilir ki, urbanizasiya səviyyəsinin sürətli artımı  əsasən Afrika və Asiyada müşahidə ediləcək. Şəhər əhlinin artımı daha çox Hindistan, Çin və Nigeriyada gözlənilir. 2050-ci ildə Hindistanda şəhər sakinlərinin sayı 404 milyona çatacaq, Çində isə bu rəqəm 292 milyon təşkil edəcək.  

Qeyd edək ki, problemlərin həlli üçün dünyada “Ağıllı şəhər” və ya “Elektron şəhər” (“Smart City”, “Safe City”, “E-City”) konsepsiyası geniş yayılmağa başlayıb. Burada əsas məqsəd İKT-nin tətbiqi yolu ilə şəhər xidmətlərinin səmərəliliyini yüksəltməkdir. Hazırda dünyanın 2500-dən çox böyük və kiçik şəhəri “ağıllı” şəhər konsepsiyasından yararlanır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı