Çin peyklərin sayına görə dünyada ikincidir Yanvar 12, 2016 | 04:00 / Maraqlı məlumatlar

Yerin süni peykləri sayəsində biz hava proqnozunu əldə edir, televiziya kanallarını izləyir, İnternetdən istifadə edir və telefonla ünsiyyət qururuq.

Peyklərin ilk dəfə orbitə çıxarılmasından bu günədək ABŞ, Rusiya və Çin tərəfindən 3000-dən çox peyk buraxılıb.

2015-ci ilin sentyabr ayının əvvəlinə olan məlumata əsasən yerətrafı orbitə ABŞ-ın 549, Çinin 142, Rusiyanın isə 131 peyki buraxılıb. Bu haqda “Наука и жизнь” jurnalında (№ 2, 2015) bildirilib.

Çin ilk dəfədir ki, peyklərinin sayına görə dünyada ikinci yerdə qərarlaşıb.

Xatırladaq ki, Azərbaycanın ilk süni peyki olan “Azerspace-1” 7 fevral 2013-cü il tarixində Fransız Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

 
 
 

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı