Bu gün kompüter mütəxəssislərinin günüdür Fevral 14, 2014 | 10:43 / Texnoloji yeniliklər

Hesablama resurslarının gücü və məhsuldarlığı kifayət qədər olmadığından, 1943-cü ilin əvvəllərində kibernetiklər yeni hesablama qurğusunun konsepsiyasını – ENIAC I kompüterini hazırlamağa başladılar. Beləliklə, 14 fevral tarixə kompüter sahəsində fəaliyyət göstərən mütəxəssislərin peşə bayramı kimi düşdü 

14 fevral bütün dünyada kompüter mütəxəssislərinin qeyri-rəsmi peşə bayramıdır. 1946-cı ilin məhz bu günü elm dünyasına ilk ENIAC (Electrical Numerical Integrator And Calculator) elektron kompüteri nümayiş etdirilmişdi. 

Buna qədərki kompüterlər yalnız prototiplər və eksperimental variantlar idisə, ENIAC praktiki olaraq ilk real işləyən kompüter oldu. 

Bu hesablama maşınının hazırlanması Amerika ordusu tərəfindən maliyələşdirilmişdi. Kompüter orduya hərbi hesablamalar, planlaşdırma və proqramlaşdırmanın həyata keçirilməsi üçün lazım idi. 2 oktyabr 1955-ci ildə ENIAC I 23 saat 45 dəqiqə işlədikdən sonra fəaliyyəti dayandırılmışdı. 

Qeyd edək ki, Rusiyada informasiya texnologiyaları sahəsində çalışan insanların rəsmi peşə bayramı isə proqramçılar günüdür. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı