Elmi işçilərin sayına görə Çin və ABŞ liderlik edir Fevral 01, 2016 | 11:00 / Maraqlı məlumatlar

Dünyada elmi işçilərin sayına görə Çin və ABŞ liderlik edir. Çində elmlə məşğul olanların sayı 1,32 milyon, Amerikada isə 1,25 milyon nəfər təşkil edir. Rusiyada isə bu rəqəm 350 min nəfərdir.

Azərbaycanda elmi işçilərin sayına gəlincə, bu rəqəm təqribən 13 min nəfərdir.

“Наука и жизнь” jurnalının (№ 2, 2015) məlumatına görə, əhalinin hər bir milyonuna düşən elmi işçilərin sayına görə isə Finlandiya (7707), İslandiya (7315) və Sinqapur (6088) liderlik edir.

Azərbaycanda əhalinin hər bir milyonuna düşən elmi işçilərin sayı 1358 nəfərdir, Rusiyada bu göstərici 3191, Gürcüstanda isə 1817-dir.

Qeyd etmək lazımdır ki, dünya üzrə bu göstəricinin orta qiyməti 1080,8-ə bərabərdir. Ölkə iqtisadiyyatında məşğul olan əhalinin hər 1000 nəfərinə düşən elmi işçilərin sayına görə Finlandiya (14,8), İsrail (14,22) və Danimarka (12,86) irəlidədir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.  

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı