2 Terabayt tutuma malik ən nazik sərt disk təqdim olundu Yanvar 06, 2016 | 10:00 / Texnoloji yeniliklər

“CES 2016” – Beynəlxalq elektronika sərgisi bu gündən öz işinə başlayıb. ABŞ-ın Las-Veqas şəhərində keçirilən sərgidə təqdim olunan yeni məhsullardan biri də “Backup Plus Ultra Slim” adlı sərt diskdir. “Seagate Technology” şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmış yığıcının 2 Terabayt tutuma malik ən nazik sərt disk olduğu bildirilib.

Yığıcı “Backup Plus Slim” modeli əsasında hazırlanıb və sələfindən daha nazik korpusa malik olması ilə fərqlənir. Belə ki, 2,5 düymlük sərt diskin qalınlığı cəmi 9,6 mm-dir.

3dnews.ru saytının məlumatına görə, tezliklə satışa çıxarılacaq “Backup Plus Ultra Slim”in qiyməti açıqlanmayıb.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı