Santa Klausu robot-itlər gəzdirir Dekabr 28, 2015 | 05:27 / Texnoloji yeniliklər

“Boston Dynamics” şirkəti yeni il üçün təbrik çarxı hazırlayıb. Qeyd edək ki, “Google”a məxsus olan şirkət əsasən silahlı qüvvələr üçün addımlayan, qaçan və çapan robotlar hazırlayır. Bunların sırasında daha qabaqcıl model – Spot adlanan “robot-it”dir ki, o, 4 ayağı üstündə insandan da cəld hərəkət edə bilir.

Zarafatcıl robototexniklər Santa Klausun qoşqusuna atların əvəzinə 3 robot qoşmaq qərarına gəliblər. Onlar bunun yaxşı ideya olduğunu düşünsələr də, bu ideya çoxlarına əyləncəli deyil, qorxuducu görünüb. Xizəyi insanın deyil, insanabənzər “Atlas” robotunun idarə etməsi isə mənzərəni daha dolğun edərdi. Videoçarxı təqdim edirik.

 

 hitech.vesti.ru

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı