Smartfonlar mobil telefonlardan məşhurdur Fevral 13, 2014 | 11:56 / Texnoloji yeniliklər

“Gartner” analitikləri bildiriblər ki, mobil qurğular bazarının tarixində ilk dəfə olaraq, 2013-cü ildə smartfonların satış həcmi adi telefonların satışını ötüb.

dailycomm.ru saytının məlumatına görə, ötən il 2012-ci il ilə müqayisədə 42,3% çox – 968 milyon smartfon satılıb. Bu qurğular dünya üzrə mobil telefon satışının 53,6%-ni təşkil edib. 

Ekspertlərin sözlərinə görə, smartfon bazarının artımı əsasən Latın Amerikası, Yaxın Şərq, Afrika, Asiya-Sakit okean regionu və Şərqi Avropa ölkələrinin hesabına təmin olunub. Bu ərazilərdə ötən ilin oktyabr-dekabr aylarında “ağıllı” boruların satış həcmi 50% artıb. Ayrı-ayrı ölkələr arasında ən böyük artım (166,8%) isə Hindistanda qeydə alınıb. Digər regionlarla müqayisədə daha yüksək nəticə (96,1%) Latın Amerikasına aiddir. 

Əməliyyat sistemlərinin reytinqinə gəldikdə, liderlik ötən il 758,7 milyon qadcet satışına nail olmuş Android-ə aiddir. İkinci yerin sahibi iPhone-dur. 2013-cü ilin yanvar-dekabr aylarında istehlakçılar təxminən 151 milyon iPhone əldə ediblər. Üçüncü pillədə olan Windows Phone platforması 2013-cü ildə smartfon satışının 3,2%-nə nail olub. Bu da 1 il əvvəl ilə müqayisədə 0,7 faiz çoxdur. 

Aparıcı vendorların siyahısında isə xüsusi dəyişikliklər olmayıb. Gartner-in hesablamalarına görə, smartfon bazarında liderliyini qoruyub saxlayan “Samsung”un payı 83,3 milyon satışla 29,5%-dir. İkinci yerin sahibi “Apple” 50,2 milyon iPhone sataraq 17,8%-lik nəticə göstərib. Liderlərin üçlüyünə 16 milyon smartfon satmaqla Çinin “Huawei” şirkəti daxil olub. Onun bazar payı 5,7%-lə ölçülüb. 

Dördüncü yer uğrunda demək olar ki, eyni sayda smartfon satmış iki şirkət – “Lenovo” və “LG” mübarizə aparıb. Analitiklər bazar payının müvafiq olaraq, 4,6 və 4,5%-ni bu şirkətlərə aid ediblər. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı