"Şifrə təhlükəsizliyi" xidməti istifadəyə verildi Dekabr 23, 2015 | 02:19 / Mühüm hadisələr

Azərbaycanda şifrənin təhlükəsizlik səviyyəsini müəyyən edən xidmət işə salınıb.

Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin tərkibində fəaliyyət göstərən Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin (KİMM) "Şifrə təhlükəsizliyi" xidmətini istifadəyə verməsi internet istifadəçilərinin işini asanlaşdırıb.

Mərkəzin cert.gov.az saytında təqdim olunan bu xidmət vasitəsi ilə hər bir istifadəçi özünün internet məkanda istifadə etdiyi şifrə kombinasiyalarının təhlükəsiz olub-olmadığını yoxlaya bilər.

Belə ki, istifadəçi saytda "Şifrə təhlükəsizliyi" bölməsinə daxil olaraq boşluğa şifrəni qeyd edir. Bundan sonra şifrənin mürəkkəbliyinin hansı səviyyədə olması yazı şəklində və faizlə göstərilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı