ABŞ-ın ən səxavətli filantropu - Mark Zukerberq Fevral 12, 2014 | 10:40 / Texnoloji yeniliklər

“Facebook” sosial şəbəkəsinin təsisçisi Mark Zukerberq və həyat yoldaşı Pristsilla Çan ABŞ-da 2013-cü ilin ən səxavətli xeyriyyəçisi elan ediliblər. newsru.com saytının məlumatına görə, cütlük ümumilikdə xeyriyyə işlərinə 970 milyon dollar ianə edib. 

“The Chronicle of Philanthropy” nəşrinin siyahısına 2013-cü ilin 50 əsas xeyriyyəçisi daxil olub. İkinci yerdə şist qazının hasilatı ilə məşğul olan Mitchell Energy & Development şirkətinin rəhbəri Corc Mitçell (750 milyon dollar), üçüncü yerdə isə “Nike” şirkətinin həmtəsisçisi Fil Nayt qərarlaşıb. Siyahıda yer alan 50 xeyriyyəçinin ianələrinin ümumi məbləği 8 milyard dollar təşkil edib. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı