2019-cu ildə “Əşyaların interneti”nə xərclərin həcmi 1,3 trilyon dollara çatacaq Dekabr 15, 2015 | 10:30 / Maraqlı məlumatlar

International Data Corporation”nın analitiklərinin “Əşyaların interneti” ilə bağlı proqnozuna əsasən, yaxın illərdə bu bazarın həcmi ildə orta hesabla 17 faiz artacaq. Cari ildə sözügedən bazarın həcmi 698,6 milyard dollar səviyyəsində gözlənilir. Beləliklə, 2019-cu ildə “Əşyaların interneti”nə sərf olunan xərclər 1,3 trilyon dollar təşkil edəcək.

ixbt.com saytının məlumatına görə, bu bazara regionlar üzrə nəzər saldıqda Asiya-Sakit okean regionu lider hesab olunur. Cari ildə “Əşyaların interneti”nə qlobal xərclərin 40 faizi sözügedən regionun payına düşəcək. Şimali Amerika və Avropa müvafiq olaraq ikinci və üçüncü pillələrdə yer alacaq.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı