“Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti” işıq üzü görüb Dekabr 09, 2015 | 09:49 / Yeni nəşrlər

Son illər nitq texnologiyaları sahəsində sürətli inkişaf çoxlu sayda yeni terminlərin meydana gəlməsinə səbəb olub. Bu məqsədlə AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti” hazırlanıb. Belə bir lüğətin ərsəyə gəlməsi nitq texnologiyaları və nitq siqnallarının rəqəmsal emalı sahəsində Azərbaycan dilində terminologiyanın sistemləşdirilməsi məqsədi daşıyır.

Yeni nəşrin müəllifləri institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev və texnika üzrə fəlsəfə doktoru Lyudmila Suxostatdır, elmi redaktoru isə institutun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyevdir.

Lüğətdə nitq siqnallarının rəqəmsal emalı və nitq texnologiyaları sahəsində elmi ədəbiyyatda rast gəlinən terminlər toplanıb. Lüğətdəki sözlər nitq texnologiyalarının əsas istiqamətlərini əhatə edən müvafiq mövzular üzrə təqdim olunub. Nitq siqnallarının rəqəmsal emalı, nitqin avtomatik tanınması və sintezi, səsə görə şəxsin tanınması üzrə terminlər haqqında ətraflı məlumat verilib.

Kitab nitq texnologiyaları üzrə ixtisaslaşan mütəxəssislər, elmi tədqiqatçılar və tələbələr üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı