AMEA İnformasiya Texnologiyaları İnstitutunun bir qrup əməkdaşı REA-nın İnformasiyanın Ötürülməsi Problemləri İnstitutunda olub Dekabr 04, 2015 | 11:30 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev, sektor müdiri Məmməd Rəşidov, böyük elmi işçi Məmməd Həşimov və mühəndis Tural Mustafayev Rusiya Elmlər Akademiyasının A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutunun Paylanmış Hesablamalar Mərkəzində elmi ezamiyyətdə olublar. Mərkəzdə aparılan elmi-tədqiqat və elmi-praktiki işlərlə tanış olublar.

Mərkəzin rəhbəri, f.-r.e.d., professor A.P. Afanasyev mərkəzin laboratoriyalarında aparılan elmi-tədqiqatlar və Data-mərkəzin fəaliyyəti haqqında ərtaflı məlumat verib. Paylanmış Hesablamalar Mərkəzində yaradılmış bir sıra proqram məhsulları və onların köməyi ilə həll edilən tətbiqi məsələlər haqqında təqdimatlar nümayiş etdirilib.

Paylanmış Hesablamalar Mərkəzi ilə AMEA İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet mərkəzi arasında son illər aparılan elmi əməkdaşlığın daha da genişləndirilməsi barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı