AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları IV Milli Superkompüter Forumunda iştirak ediblər Dekabr 03, 2015 | 10:41 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun bir qrup əməkdaşı – şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev, sektor müdiri Məmməd Rəşidov, böyük elmi işçi Məmməd Həşimov və mühəndis Tural Mustafayev superkompüter texnologiyalarının yaradılması və tətbiqi problemlərinə həsr olunmuş IV Milli Superkompüter Forumunda (MSKF) iştirak ediblər.

24-27 noyabr 2015-ci il tarixlərdə keçirilmiş forum Rusiya Elmi Təşkilatlarının Federal Agentliyi və Rusiya Elmlər Akademiyasının Nanotexnologiyalar və İnformasiya Texnologiyaları Bölməsinin dəstəyi ilə keçirilib. Forum çərçivəsində plenar iclas, elmi-praktiki konfrans, sərgi, “dəyirmi masa” və  treninqlər, media-tur kimi tədbirlər keçirilib.

Tədbirdə superkompüter sferası ilə bağlı bütün aspektlər, o cümlədən superkompüterlərin yaradılması, istehsalı, tətbiqi və istismarı, element bazası, aparat vasitələri və infrastruktur həlləri, sistem proqram təminatı, proqramlaşdırma sistemləri və aralıq səviyyə proqram təminatı, superkompüter servisləri və superkompüter texnologiyalarının tətbiqləri, superkompüter sənayesinin təşkilati və dövlət dəstəyi məsələləri diqqət mərkəzində olub.

Forumun seksiya iclaslarında tex.f.d. Y.İmamverdiyev “Dünya ölkələrinin Big Data strategiyaları” və “Neft-qaz sənayesi üçün Big Data texnologiyalarının perspektivləri və problemləri” adlı məruzələrlə çıxış edib.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı