“Azerspace-2” peykinin 2017-ci ildə orbitə çıxarılması nəzərdə tutulub Dekabr 03, 2015 | 09:59 / Mühüm hadisələr

Dekabrın 2-də Qafqazın ilk peyk operatoru “Azərkosmos” ASC Fransanın “Arianespace” şirkəti ilə ikinci telekommunikasiya peyki “Azerspace-2”nin orbitə çıxarılmasına dair müqavilə imzalayıb.

Müqaviləyə əsasən, 2017-ci ildə orbitə çıxarılması planlaşdırılan “Azerspace-2” peykinin Fransanın “Ariane-5” raketi ilə Fransız Qvineyasının Kuru kosmodromundan orbitə çıxarılması nəzərdə tutulub.

Dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan İntelsat ilə “Azərkosmos” ASC-nin uzunmüddətli razılaşmasına əsasən 45° şərq uzunluğu orbital mövqeyində yerləşəcək “Azerspace-2” Afrika, Avropa, Asiya və Yaxın Şərq regionlarını əhatə edəcək. “Azerspace-2” “Azərkosmos”un sayca ikinci telekommunikasiya peyki olmaqla yanaşı, “Azerspace-1”in əhatə zonasını genişləndirməklə Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Tropik Afrikada ödənişli televiziya, hökumət strukturları üçün rabitə və şəbəkə xidmətlərinə artan tələbatı qarşılayacaq.

Bu peyk “İntelsat”ın hazırda 45° şərq uzunluğu orbital mövqeyində yerləşən və Mərkəzi və Şərqi Avropa, Asiya-Sakit okean regionlarında ödənişli televiziya platformalarını tutumla təmin edən “İntelsat 12” peykinin davamlılığını təmin edəcək. “Azerspace-2”, həmçinin Afrikada korporativ şəbəkə və dövlət qurumlarını peyk xidmətləri ilə təmin edəcək.

“Azerspace-2” peyki SSL (Space Systems/Loral) şirkəti tərəfindən yüksək etibarlı SSL 1300 peyk platforması əsasında istehsal olunacaq ki, bu da öz növbəsində, çoxsaylı tətbiqlərdən və yüksək texnologiyalardan istifadə imkanları yaradır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı