Texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev: “İnformasiya təhlükəsizliyi üzrə maarifləndirmə məktəbəqədər təhsil müəssisələrindən başlanılmalıdır” Dekabr 03, 2015 | 10:00 / Konfranslar, iclaslar

Bu haqda AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev 30 Noyabr –  Beynəlxalq İnformasiya Təhlükəsizliyi gününə həsr olunmuş elmi seminarda bildirib.

Tədbirdə “İnformasiya təhlükəsizliyi sahəsində təhsil üzrə dünya təcrübəsi” mövzusunda məruzə ilə çıxış edən Y.İmamverdiyev informasiya təhlükəsizliyi sahəsində keyfiyyətli təhsilin əhəmiyyətindən danışaraq, dünyada bu istiqamətdə görülən tədbirlər haqqında məlumat verib. O, peşəkar mütəxəssislərin yetişdirilməsi üçün ixtisasartırma kurslarının, kibertəhlükəsizlik üzrə təlimlərin keçirildiyini, maarifləndirmə işlərinin aparıldığını, informasiya təhlükəsizliyi üzrə müxtəlif yarış və müsabiqələrin təşkil olunduğunu bildirib.

Şöbə müdiri bu sahədə maarifləndirmə işlərinin önəmliyini xüsusilə qeyd edərək, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsinin mühüm əhəmiyyət kəsb edən məsələlərdən olduğunu söyləyib: “Müxtəlif qurumlara kibertəhlükəsizlik sahəsində metodiki köməyin göstərilməsi, mövcud və yarana biləcək təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırma vacib məqamlardandır”. O, maarifləndirmənin məktəbəqədər təhsil müəssisələrindən başlanılmasının məqsədəuyğunluğunu deyib.

Məruzəçi həmçinin kibertəhlükəsizlik üzrə vəzifələrin ilk onluğunu da təqdim edib. Dünyada həmin sahələr üzrə mütəxəssislərə (Təhlükəsizlik mühəndisi, təhlükəsizlik analitiki, informasiya təhlükəsizliyi analitiki, informasiya və şəbəkə təhlükəsizliyi mütəxəssisi, İT təhlükəsizliyi üzrə analitik, informasiya təhlükəsizliyi meneceri, informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə mütəxəssis, aparıcı IT auditor, təhlükəsizlik administratoru) böyük tələbatın olduğunu bildirib.

Y.İmamverdiyev Böyük Britaniya və Rusiyada informasiya təhlükəsizliyi sahəsi üzrə ali təhsil sistemində mövcud təcrübədən söz açıb. Kompüter və kompüter şəbəkələrinin, informasiya texnologiyalarının təhlükəsizliyi, kompüter insidentlərinin təhqiqatı, informasiya sistemləri sahəsində qanunvericilik, informasiya təhlükəsizliyinin menecmenti üzrə tədrisin aparıldığını qeyd edib. İnformasiya təhlükəsizliyi üzrə ixtisaslar haqqında məlumat verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı