​“Google” istinadların silinməsi ilə bağlı 62 milyon sorğu alıb Noyabr 25, 2015 | 04:11 / Konfranslar, iclaslar

Son ayda hüquq sahibləri tərəfindən "Google" şirkətinə qanunsuz məzmuna malik veb-ünvanların silinməsi ilə bağlı 62 milyondan çox sorğu  daxil olub.

lenta.ru saytının məlumatına görə, ötən ayda qayri-qanuni kontentə malik saytlar arasında unblocksit.es (648348 sorğu), anyvn.com (632186 sorğu) və flowxd.me (617314 sorğu) resurslarının adı daha çox çəkilib. Korporasiyanın qiymətləndirməsinə görə, unblocksit.esflowxd.me saytlarında səhifələrin 50 faizindən çoxunun məzmunu mübahisə doğurur.

Qeyd edək ki, "Google" şirkəti müntəzəm olaraq müəlliflik hüquqlarının qorunmasını tələb edənlər və onların nümayəndələrindən axtarış nəticələrinin silinməsi ilə bağlı sorğular alır. Şirkət müəllif hüquqlarını pozan materiallara olan istinadları axtarış nəticələrindən silir. Bununla belə sorğuların sayı hər il artır. Əgər cari ilin noyabr ayının 16-dan 23-nə kimi, yəni  bir həftə ərzində 15,5 milyon istinadın silinməsinə dair sorğu daxil olmuşdusa, bir il bundan öncə bu rəqəm 8,3 milyon təşkil etmişdir.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı