Robotlar insanlara məsləhət verəcək Noyabr 23, 2015 | 01:20 / Texnoloji yeniliklər

Tokioda süni intellekt sahəsində ən yeni texnologiyadan istifadə edilərək hazırlanmış, insanın istəklərini sistemləşdirməyi və ona faydalı məsləhət verməyi bacaran “Kibiro” adlı robot təqdim olunub.

Çəkisi 800 q, hündürlüyü 28 sm olan robot zahirən insana bənzəyir. “Kibiro” kamera, səs gücləndirici, mikrofon və xarici görünüşü identifikasiya edən qurğu ilə təchiz edilib.

Sahibini sifət və səsinə görə tanıyan robot onunla söhbət edərkən faydalı informasiyanı (əsasən sahibinin istəklərini) yaddaşda saxlayır. Bu məlumatlara əsasən, sahibinin xahişi ilə ona restoran, film və s. seçməyə kömək edir.

Bundan əlavə, “Kibiro” sahibi ilə elektron poçt və ya sosial şəbəkələr vasitəsilə aktiv yazışma aparır.

2016-cı ildə satışa çıxarılacaq robotun qiymətinin 1000-1200 dollar təşkil edəcəyi ehtimal olunur.

nanonewsnet.ru

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı