Elektron tullantıların elmi və sosial-iqtisadi problemləri istiqamətində tədqiqatlar davam etdirilir Noyabr 23, 2015 | 02:25 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda audioinformasiya texnologiyaları və elektron tullantıların elmi və sosial-iqtisadi problemləri istiqamətində tədqiqatlar davam etdirilir. Bu haqda institutun illik hesabat iclasında şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Bikəs Ağayev bildirib. Qeyd edib ki, cari ildə şöbədə e-dövlət mühitində G2G, G2B, G2C modelləri üzrə nitq tranzaksiyalarının emalı metod və alqoritmləri, həmçinin Azərbaycanda e-tullantıların idarə edilməsi konsepsiyası işlənilmişdir.

B.Ağayev şöbədə elmi-innovasiya fəaliyyəti çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) neft-qaz quyularında anomal lay təzyiqi zonalarını operativ proqnozlaşdırma informasiya sisteminin və ARDNŞ-də e-tullantıların idarə edilməsi konsepsiyasının da işlənildiyini söyləyib.

Məruzəçi, həmçinin şöbə əməkdaşlarının elmi-pedaqoji, elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirakı, tanınmış elmi jurnallarda məqalələrin nəşri, müxtəlif təyinatlı kitabların və elektron nəşrlərin hazırlanması və s. dair həyata keçirilən tədbirləri diqqətə çatdırıb.

Sonra çoxsaylı suallar cavablandırılıb, təklif və tövsiyələr səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı