AMEA İnformasiya Texnologiyaları İnstitutunun alimləri ən yaxşı elmi işlər nominasiyasının qalibi olublar Fevral 10, 2014 | 11:00 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun alimləri - şöbə müdirləri, texnika elmləri doktoru Ramiz Alıquliyev və texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərə görə "3-cü birgə İKT üzrə mükafat müsabiqəsi"nin qalibi olublar. 

R.Alıquliyev “Mətnlər çoxluğunun referatlaşdırılması üçün öz-özünə adaptiv mutasiya və krossover parametrli diferensial təkamül alqoritmi” məqaləsinə görə 1-ci, Y.İmamverdiyev isə “Barmaq izlərinin tekstur deskriptorları əsasında biometrik kriptosistemlərin qurulması” məqaləsinə görə 3-cü yerin qalibi olub. 

“Hilton Baku” otelində müsabiqənin nəticələrinə həsr olunmuş tədbirdə qaliblərə diplom, pul mükafatı və qiymətli hədiyyələr təqdim olunub. 

Qeyd edək ki, müsabiqənin nəticələrinə görə, alim və mütəxəssislər üçün əsas nominasiya üzrə 5, gənc alimlər üçün nominasiya üzrə isə 2 elmi məqalənin qalibləri müəyyənləşdirilmişdir. Əlavə həvəsləndirici nominasiya üzrə 3 məqalə seçilmişdir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı