“Microsoft” oyunun köməyi ilə uşaqlara proqramlaşdırmanı öyrədəcək Noyabr 17, 2015 | 10:00 / Maraqlı məlumatlar

İsveç proqramçısı Markus Persson tərəfindən hazırlanmış “Minecraft” oyun layihəsi dünya üzrə ən gəlirli oyunlardan birinə çevrilib. Hazırda “Minecraft” oyununun bütün istiqamətlərdə genişləndirilməsi planlaşdırılır. Bu istiqamətlərdən biri də uşaqların təhsilidir.

hi-news.ru saytının məlumatına görə, “Microsoft” və “Code.org” proqramçılar portalının birgə layihəsi məktəb yaşlı uşaqlara “Minecraft” oyununun köməyilə proqramlaşdırmada alqoritmlərin qurulmasının əsaslarını öyrənməyə imkan verəcək. Xüsusi redaktor oyundan bir fraqmenti nümayiş etdirir, uşaqlar bu oyunda elementləri kiçik bloklar şəklində olan xüsusi proqram komandalarının köməyi ilə idarə edə bilir. Bloklar müəyyən ardıcıllıqla yerləşib və proqram onları hərəkətə gətirir. Uşaqlara müəyyən alqoritmlərin qurulması vasitəsilə müxtəlif məsələləri həll etmək təklif ediləcək.

Bundan başqa, proqrama şagirdlərin proqramlaşdırmanın əsaslarını və onun baza mexanizmlərinin işləmə prosesini anlaması üçün bir çox dərslər əlavə edilib.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı