İnformasiya cəmiyyəti iqtisadiyyatının formalaşması problemləri araşdırılır Noyabr 18, 2015 | 03:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilən illik hesabat iclasında şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev rəhbərlik etdiyi şöbənin 2015-ci il üçün hesabatını təqdim edib. Bildirib ki, şöbədə elmi-tədqiqat fəaliyyəti çərçivəsində informasiya cəmiyyəti iqtisadiyyatının formalaşması problemləri araşdırılmış, informasiya cəmiyyəti iqtisadiyyatının beynəlxalq, milli, regional və sektorial səviyyələrdə formalaşması və inkişafını xarakterizə edən göstəricilər sistemi işlənilmişdir.

Onun sözlərinə görə, hesabat ili ərzində informasiya iqtisadiyyatının inkişaf səviyyəsinin qiymətləndirilməsi metodikası işlənilmiş, informasiya cəmiyyəti şəraitində “yaşıl” iqtisadiyyata keçidin mahiyyəti və onun formalaşması problemləri üzrə mövcud vəziyyət təhlil edilmişdir. Həmçinin texnoparkların formalaşma mərhələləri, təşkilati formaları və xarakterik xüsusiyyətləri araşdırılmış və bu istiqamət üzrə beynəlxalq təcrübə öyrənilmişdir.

Ə.Əliyev şöbənin elmi-innovasiya fəaliyyətindən bəhs edərək AR Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) “Azərbaycanda innovativ informasiya iqtisadiyyatının formalaşmasının analizi və inkişafı üzrə tövsiyələrin işlənilməsi” mövzusunda qrant layihəsi üzrə işlərin yerinə yetirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, “Texnoparkların formalaşması proseslərinin təhlili, onların səmərəli fəaliyyətinin təşkili və idarə olunması problemlərinin həlli yollarının işlənilməsi” mövzusunda digər qrant layihəsinin müvafiq fondlara təqdim olunması planlaşdırılır.

Şöbə müdiri Daşkənd Dövlət Texniki Universiteti, Türkiyənin Yıldız Texnoparkı, Belarus Respublikasının Yüksək Texnologiyalar Parkı və Belorusiya Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu ilə elmi əməkdaşlıq əlaqələrinin yaradılması istiqamətində bir sıra tədbirlərin həyata keçirildiyini söyləyib.

Cari ildə AR Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) tərəfindən tövsiyə olunmuş beynəlxalq və respublika səviyyəli jurnallarda 10 məqalənin nəşr olunduğunu bildirən məruzəçi, həmçinin elmi-pedaqoji fəaliyyət, çoxsaylı elmi-texniki konfrans və simpoziumlarda iştirak, müxtəlif təyinatlı kitablar və elektron nəşrlərin hazırlanması və s. ilə bağlı görülmüş işlər haqqında məlumat verib.

Sonra hesabatla bağlı müzakirələr aparılıb, təklif və tövsiyələr səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı