Yeni texnologiya sayəsində smartfonlar enerji ilə 10 dəfə tez doldurulacaq Noyabr 16, 2015 | 10:00 / Texnoloji yeniliklər

Çinin “Huawei” şirkətinin tədqiqat bölməsi smartfonun enerji ilə doldurulma prosesini batareyanın istismar müddətinə ziyan vurmadan sürətləndirməyə imkan verən texnologiya hazırlayıb.

Yeni məhsul Yaponiyada keçirilən akkumulyator texnologiyaları üzrə simpoziumda “Huawei” şirkətinin “Watt Lab” Mərkəzi Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən təqdim olunub. Texnologiya xüsusi enerji doldurma qurğusu və 620 vatt gücündə litium-ion batareyadan istifadəni nəzərdə tutur.

Şirkət nümayəndələrinin fikrincə, yeni texnologiya smartfon və noutbuklar, eləcə də elektromobillərin enerji ilə doldurulmasında inqilabi yeniliyə səbəb olacaq.

vesti.ru

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı