Azərbaycanın ixrac etdiyi İT məhsulların həcmi artır Noyabr 16, 2015 | 02:20 / Mühüm hadisələr

Azərbaycanda yanvar-sentyabr aylarında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 6,0 faiz artıb. Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

DSK-nın açıqladığı statistik göstəricilərə görə, sözügedən artım 1179,0 milyon dollar təşkil edib. 

2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 148 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, məhsullar 97 ölkəyə  ixrac, 135 ölkədən isə idxal edilib. İdxal məhsulları sırasına bir sıra İT məhsulları, plastik kütlə və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları və digərləri daxildir. Ticarət dövriyyəsinin 9,2 faizi MDB üzvü dövlətləri, 48,6 faizi Avropa İttifaqı ölkələri, 42,2 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.

Doqquz ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən, 19467,6 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 12889,1 milyon dollar, idxalın həcmi 6578,5 milyon dollar təşkil edib, nəticədə 6310,6 milyon dollarlıq müsbət xarici ticarət saldosu yaranıb. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı