Korporativ mühitdə kompüter xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində araşdırmalar aparılır Noyabr 16, 2015 | 12:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilən illik hesabat iclasında şöbə müdiri Şakir Mehdiyev rəhbərlik etdiyi şöbənin cari il üçün hesabatını təqdim edib. Korporativ mühitdə kompüter xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün metod və alqoritmlərin işlənilməsi istiqamətində tədqiqatların davam etdirildiyini bildirib.

Şöbənin elmi-innovasiya fəaliyyətindən bəhs edən məruzəçi AMEA-nın institut və təşkilatlarına məxsus olan fərdi kompüterlərdə mühəndislik və proqram xidmətlərinin, həmçinin AMEA Rəyasət Heyətinin (RH) 4 mart 2015-ci il tarixli Sərəncamı ilə aparılmış AMEA-nın elmi müəssisə və təşkilatlarında elektron elmin monitorinqinin nəticələrinin toplanılması və təhlili işlərinin yerinə yetirildiyini söyləyib.

O, AMEA Əsas bina və RH Mərkəzi Aparatında konfrans və iclasların müşayiət olunması, institutun Tədris-İnnovasiya Mərkəzində dərslərin keçirilməsinə texniki dəstək və s. dair görülmüş işləri diqqətə çatdırıb.

Ş.Mehdiyev, həmçinin şöbə əməkdaşlarının elmi-pedaqoji fəaliyyəti, elmi-texniki konfrans və simpoziumlarda iştirakı, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı, müxtəlif təyinatlı kitab və elektron nəşrlərin hazırlanması, şöbədaxili seminarların keçirilməsi və digər işlərlə bağlı həyata keçirilmiş tədbirlər haqqında məlumat verib.

Sonra məruzə ətrafında müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı