Texnika elmləri doktoru Ramiz Alıquliyev “Tərəqqi” medalı ilə təltif edilib Fevral 07, 2014 | 11:34 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda informasiya-kommunikasiya və kosmik sənaye sahələrinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib. 

Ramiz Məhəmməd oğlu Alıquliyev Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) “Tətbiqi riyaziyyat” fakültəsini bitirib. 1983-1988-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda, 1988-1992 və 2000-2002-ci illərdə Riyaziyyat və Mexanika İnstitutunda çalışmışdır. 2003-cü ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunda işləyir.

R.Alıquliyev 2002-ci ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunda "01.01.02 - Diferensial tənliklər" ixtisası üzrə “Cırlaşan ikinci tərtib elliptik tənliklərin həllərinin keyfiyyət xassələrinin tədqiqi” mövzusunda namizədlik dissertasiyasını (fizika-riyaziyyat elmləri üzrə) müdafiə edib. 2010-cu ildə isə AMEA Kibernetika İnstitutunda “05.13.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə “Mətn tipli informasiyanın intellektual analizi üçün metodlar və alqoritmlər” mövzusunda doktorluq dissertasiyasını (texnika elmləri üzrə) müdafiə etmişdir.

Ramiz Alıquliyevin əsas tədqiqat istiqamətləri data mining, web mining, text mining, mətnlərin avtomatik referatlaşdırılması (automatic document summarization), klasterləşmə, klassifikasiya, CDN (Content Delivery Networks – kontenti çatdırma şəbəkələri) texnologiyası, paylanmış hesablama, neyron şəbəkələr, genetik alqoritmlər, qarışqa alqoritmləri, diferensial təkamül alqoritmləri, arı alqoritmləri, particle swarm optimization (“sürü” intellekti əsasında optimallaşma) alqoritmləri, veb-də sosial şəbəkələr və elmmetriyadır.

100-dən çox elmi əsərin müəllifi olan R.Alıquliyevin əsərlərinin 80-dən çoxu xaricdə çap edilmişdir.

İnstitutun kollektivi Ramiz müəllimi təbrik edir, ona gələcək elmi fəaliyyətində yeni nailiyyətlər arzulayır. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı