Akademik Əli Abbasov Ukraynanın beynəlxalq elmi jurnalının redaksiya heyətinin üzvü seçilib Noyabr 06, 2015 | 10:21 / Mühüm hadisələr

AR Rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov Ukrayna Millli Elmlər Akademiyasının Qluşkov adına Kibernetika İnstitutunda dərc olunan “İdarəetmə sistemləri və maşınları” (Управляющие системы и машины) beynəlxalq elmi jurnalının redaksiya heyətinin üzvü seçilib.

Qeyd edək ki, əsası 1972-ci ildə tanınmış alim, akademik V.M.Qluşkov tərəfindən qoyulmuş bu beynəlxalq elmi jurnal informatika, informasiya texnologiyaları və iqtisadi riyazi modelləşdirmə sahəsində yüksək elmi səviyyəyə malik nəzəri və tətbiqi aspektlərlə bağlı orijinal elmi araşdırmaları əhatə edir və bu sahədə dünyanın tanınmış nəşrlərindən sayılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı