AMEA-nın İnternet-televiziyası elmtv.az adı altında fəaliyyət göstərəcək Noyabr 23, 2015 | 04:00 / Mühüm hadisələr

AMEA Rəyasət Heyətinin iclasında Azərbaycanda ilk elmi İnternet-televiziya olan Milli Elmlər Akademiyasının “ElmTV” kanalının rəsmi saytının yaradılmasına dair qərar qəbul olunub. 2 ilə yaxındır ki, fəaliyyət göstərən İnternet-televiziya hazırda www.science.gov.az portalında yayımlanır.

“ElmTV”nin rəhbəri Xatirə Cabbarzadə şəbəkə televiziyasının saytının yaxın aylarda istismara veriləcəyini bildirib. Onun sözlərinə görə, hazırda veb-saytın yaradılması işləri yekunlaşmaq üzrədir.

TV rəhbəri AMEA İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən beynəlxalq təcrübəyə əsaslanaraq yaradılan, müxtəlif bölmələri və zəngin video-qalereyanı özündə əks etdirəcək veb-telekanalın elmtv.az domen adı altında fəaliyyət göstərəcəyini bildirib.

“Elm” televiziyasının AMEA-nın institut və təşkilatlarının fəaliyyətini tam şəkildə əks etdirən yeganə vizual mənbə olduğunu bildirən X.Cabbarzadə əsas məqsədin elmin populyarlaşdırılması, elmi nailiyyətlərin, həmçinin mövcud problemlərin ictimaiyyətə çatdırılması olduğunu söyləyib. O, saytda dünya elminə böyük töhfələr bəxş etmiş azərbaycanlı alimlərin, xaricdə yaşayan görkəmli elm xadimlərimizin həyat və fəaliyyətini əks etdirən videomaterialların, o cümlədən dünyada baş verən elmi yeniliklər haqqında videosüjetlərin də öz əksini tapacağını qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı