AMEA İnformasiya Texnologiyaları İnstitutunda Multimedia Qalereyası yaradılacaq Noyabr 04, 2015 | 07:00 / Konfranslar, iclaslar

Bu barədə qərar AMEA Rəyasət Heyətinin dünənki iclasında qəbul edilib. Tədbirdə çıxış edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev  bildirib ki, akademiyanın elmi və elmi-təşkilati fəaliyyətinin müxtəlif istiqamətlərini özündə əks etdirən çoxlu sayda elektron video, audio və foto məzmunlu multimedia resursları toplanır. Onlar AMEA-nın bugünkü fəaliyyətini əks etdirən qiymətli materiallar olaraq, böyük tarixi əhəmiyyətə malikdir. Bu materialların sistemli və mütəmadi olaraq toplanması, etibarlı saxlanması, sistemləşdirilməsi, onlayn istifadəsi və gələcək nəsillərə çatdırılması olduqca zəruridir.

Qeyd olunanları nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti İnformasiya Texnologiyaları İnstitutunda Multimedia Qalereyasının yaradılması ilə bağlı qərar qəbul edib. Bununla əlaqədar təşkilati, texniki və kadr məsələlərinin həll edilməsi İnformasiya Texnologiyaları İnstitutuna həvalə edilib.

AMEA-nın science.az portalına, Elm TV internet televiziyasına, elmi müəssisə və təşkilat rəhbərlərinə tapşırılıb ki, rəhbərlik etdikləri müəssisənin fəaliyyəti üzrə elektron multimedia resurslarının müntəzəm olaraq Multimedia Qalereyasına təqdim edilməsi təmin edilsin.

Qərarın icrasına nəzarət AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyevə həvalə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı