“Ağıllı” lampalar rəngini dəyişəcək və smartfonla idarə olunacaq Noyabr 03, 2015 | 05:11 / Texnoloji yeniliklər

“Ağıllı” ev kateqoriyasından olan qurğular getdikcə bazarda üstünlük təşkil edir. Bu devayslara şəbəkəyə qoşulan və ya mobil qurğudan distant idarəetməyə malik olan istənilən məişət əşyasını aid etmək olar. “Ağıllı” MIPOW Smart LED lampası məsafədən idarəetmə üçün Bluetoothun mövcudluğu, uzun müddət xidmət göstərən işıq diodu və rəngini dəyişmə imkanlarına malik olması ilə fərqlənir.

Yeni “ağıllı” lampanın əsas üstünlüyü onun 16 milyon rəng çaları diapazonunda rəngini dəyişə bilməsindədir. Lampanın içərisində 10 Vt gücünə malik işıq diodu, işıqlandırmanın parlaqlığı və rəngini seçməyə imkan verən 4 rəngli diod vardır. Bundan əlavə, lampa standart E27 sokoluna (elektrik lampasının patrona taxılan metal hissəsi) malikdir, buna görə də evdə olan istənilən lampaya uyğun gələcək.

Lampanı idarə etmək üçün Android və iOS əməliyyat sistemli smartfon və planşetdən, ona qoşulmaq üçün isə Bluetooth 4.0dan istifadə etmək lazımdır. “Playbulb” proqramının köməyilə nəinki rəngi dəyişmək, həm də lampanın parlaqlığını tənzimləmək, qurğunun yandırma və söndürmə vaxtını təyin etmək mümkündür.

vido.com.ua

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı