İnstitutda Big Data problemlərinin təhlili ilə bağlı tədqiqatlar aparılacaq Yanvar 22, 2014 | 02:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 22-24 yanvar tarixlərində keçirilən iclaslarda şöbələrin 2014-cü il üçün fəaliyyət planları müzakirə edilib. Elmi Şuranın iclaslarında institutun 18 şöbəsi və Tədris-İnnovasiya Mərkəzi fəaliyyət planlarını təqdim ediblər.

İlk iclası giriş sözü ilə açan institutun direktoru, AMEA-nın akademik katibi, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev elmin inkişafına dair AR Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq olunan fərman və sərəncamların institutumuz qarşısında yeni vəzifələr qoyduğunu bildirib. Alim aparılan elmi-tədqiqat işlərinin səmərəliyini yüksəltmək, onların fəaliyyətini əlaqələndirmək, o cümlədən ümumdünya elektron informasiya məkanına inteqrasiya məqsədilə elmi fəaliyyətin müasir tələblərə uyğun yenidən qurulması kimi aktual məsələləri önə çəkib. 

R.Əliquliyev həmçinin elmi məqalələrin tanınmış jurnallarda nəşri, dünyanın məşhur elmi informasiya bazaları ilə əməkdaşlıq əlaqələrinin təşkili və davamlı inkişafın vacibliyini qeyd edib. Nüfuzlu beynəlxalq elmi bazalardan olan “Tomson Reuters”dən istifadənin əhəmiyyətindən söhbət açaraq yüksək keyfiyyətli məqalələrin hazırlanması, alimlərin tədqiqatlarının, innovativ nəticələrinin təbliğində bu bazanın mükəmməl imkanlara malik olduğunu vurğulayıb. Elmi jurnallarımızın beynəlxalq bazalarda indeksləşən jurnallar sırasına daxil edilməsinin Azərbaycan elmi üçün mühüm göstərici olduğunu diqqətə çatdırıb. 

Sonra institutun layihə baş mühəndisi Məkrufə Hacırəhimova 1 saylı şöbənin cari il üçün fəaliyyət planını təqdim edib. 

Bildirib ki, şöbədə informasiya texnologiyaları və informasiya cəmiyyəti istiqamətlərində elmi-tədqiqat işləri aparılır. Dünyada Big Data problemlərinin vəziyyətinin analizi, informasiya resurslarının formalaşdırılması və yadda saxlanılması, milli domen adlarının intellektual monitorinqi sisteminin sintezi üçün metod və alqoritmlərin işlənməsi mövzularında araşdırmaların aparılması və əldə olunmuş nəticələrin beynəlxalq səviyyəli elmi jurnallarda nəşri nəzərdə tutulur. 

M.Hacırəhimova elmi-innovasiya işləri çərçivəsində “Elektron-Azərbaycan” dövlət proqramının tərkib hissəsi kimi “e-elm” proqramı layihəsinin həyata keçirilməsi ilə əlaqədar görüləcək işlərdən danışıb. 

Aparılan elmi tədqiqat işləri və innovativ layihələrin КİV-də təbliği, bu istiqamətdə populyar məqalələrin nəşri, şöbədaxili seminarların keçirilməsi, beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı, həmçinin İKT üzrə gənc kadrların işə cəlb edilməsi ilə bağlı bir sıra tədbirlərin həyata keçiriləcəyini vurğulayıb. 

Fəaliyyət planı Elmi şura tərəfindən müzakirə edilərək qəbul olunub. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı