Gözlərin hərəkəti ilə robotların idarə olunmasına imkan verən proqram təminatı hazırlanıb Oktyabr 27, 2015 | 12:00 / Texnoloji yeniliklər

London İmperiya kollecində fəaliyyət göstərən alimlər gözlərin hərəkəti ilə robotları idarə etməyə imkan verən proqram təminatı hazırlayıblar.

Alimlərin fikrincə, bu texnologiya sayəsində robotlar məhdud imkanlı şəxslərə kömək edə bilər. Yeni proqram təminatı, həmçinin vahid zamanda bir neçə işlə məşğul olmağa imkan verir. Sistemdə istifadə olunan alqoritm insanın baxdığı nöqtələrin ardıcıllığını müəyyənləşdirir və bundan sonra robotun hərəkət etməsi üçün bu əmrləri icra edir.

“Təsəvvür edin ki, siz eyni zamanda rəsm çəkə, su içə və ya uşağa baxa bilərsiniz. Beləliklə, insanın ətraf mühitlə qarşılıqlı əlaqə yaratması üçün yeni üsullar yaranır” – kollecin biomühəndislik bölməsinin direktoru Aldo Feysal bildirib.

gazeta.ru

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı