Azərbaycan elmi jurnallarının beynəlxalq elmi bazalarda təmsilçiliyi məsələləri araşdırılır Yanvar 23, 2014 | 03:15 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının iclasında şöbə müdiri Təhmasib Fətəliyev 2014-cü il üçün fəaliyyət planını təqdim etdi. Bildirdi ki, şöbə “Elektron Azərbaycan” Dövlət Proqramı və “AR-də 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nda qarşıya qoyulmuş məsələlər əsasında fəaliyyət göstərir. 

Şöbədəki elmi-tədqiqat işlərinin “e-elmin elmi-nəzəri problemləri” çərçivəsində aparıldığını qeyd edən T.Fətəliyev cari ildə “Müasir informasiya texnologiyalarının tətbiqi ilə elmmetrik üsul və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işinin müdafiə olunacağını dedi. Həmçinin “Elmi tədqiqatçının fəaliyyətinin qiymətləndirilməsi məsələlərinin tədqiqi və yeni qiymətləndirilmə mexanizmlərin işlənməsi”, “Vətəndaş elminin təşəkkülü və perspektiv məsələlərinin araşdırılması” və “Azərbaycan elmi jurnallarının beynəlxalq elmi bazalarda təmsilçiliyi məsələlərinin araşdırılması və problemlərin həlli mexanizmlərinin işlənməsi” mövzularında tədqiqat işlərinin aparılacağını bildirdi. Araşdırmaların nəticələrinin respublika və beynəlxalq səviyyəli nüfuzlu konfranslarda aprobasiyası və jurnallarda nəşrinin planlaşdırıldığını diqqətə çatdırdı. 

Həmçinin fəaliyyət planının müvafiq bölmələri üzrə şöbədə elmi-pedaqoji fəaliyyət, beynəlxalq əməkdaşlıq, elmi-praktiki nəticələrin KİV-də təbliği və şöbədaxili seminarların keçirilməsinə dair məlumat verdi. 

Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, şöbənin elmi-nəzəri fəaliyyətinin və kadr potensialının gücləndirilməsi ilə bağlı təklif və tövsiyələr səsləndirildi. Elmi Şuranın qərarı ilə fəaliyyət planı qəbul olundu. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı