AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib Oktyabr 26, 2015 | 12:02 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Şəfəqət Mahmudova ABŞ-ın “Communications” beynəlxalq elmi jurnalının redaksiya heyətinin üzvü seçilib.

Ayda iki dəfə nəşr olunan jurnal kommunikasiya sahəsi üzrə nəzəriyyə, sistem, metod, alqoritm və proqramlar haqqında ən son yenilikləri diqqətə çatdırır. Jurnal rabitə sahəsində çalışan elmi tədqiqatçılar, sənaye mütəxəssisləri, mühəndis və menecerlər üçün nəzərdə tutulub.

“Communications” dərgisi multimedia emalı, optimallaşdırma, rabitə və informasiya nəzəriyyəsi, rabitə proqram təminatı və xidmətləri, qrid texnologiyaları, paralel və paylanmış hesablama, peyk və kosmik rabitə, genişzolaqlı simsiz rabitə və s. sahələri əhatə edir.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.  

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı