Uşaqların internet mühitində təhlükəsizliyinin təmin olunması problemləri araşdırılır Oktyabr 26, 2015 | 10:00 / Konfranslar, iclaslar

Müasir dövrdə internet uşaq və yeniyetmələr üçün tədris və əyləncə vasitəsidir. Azyaşlıların internetin zərərli təsirlərindən qorunması, onların təhlükəsizliyinin təmin olunması mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir.

AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilən elmi seminarlardan biri də məhz bu məsələyə həsr olunmuşdur. İnstitutun əməkdaşı Nəzakət Məlikova “Uşaqların internet mühitində təhlükəsizliyinin təmin olunması problemləri və onların həlli yolları” adlı məruzə ilə seminarda çıxış edib. N.Məlikova uşaqların internetdə qarşılaşdığı təhlükələr, kompüter oyunlarının uşaq və yeniyetmələrin psixologiyasına təsiri haqqında danışıb.

“Bu sahədə ən böyük məsuliyyət valideynlər, internet provayderləri, təhsil qurumları və dövlətin üzərinə düşür”, – deyə bildirən məruzəçi uşaqların zərərli kontentdən qorunması üçün provayderlər tərəfindən təklif olunan “informasiyanın süzgəcdən keçirilməsi” xidmətindən istifadə olunmasının vacibliyini vurğulayıb.

Dünyada internet istifadəçilərinin ümumi sayının 56 milyon, azyaşlıların sayının 10 milyon təşkil etdiyini bildirən N.Məlikova ölkəmizdə internet istifadəçilərinin sayının gənc və yeniyetmələrin hesabına sürətlə artdığını dilə gətirib.

Məruzəçi internet mühitində rast gəlinən kibertəhlükələrdən danışaraq bu təhlükələrin kontent, kommunikasiya, elektron, istehlakçı kimi risk qruplarına ayrıldığını söyləyib. O, həmçinin internetin məktəblilər üçün yaratdığı təhlükələri diqqətə çatdırıb, internet-asılılıq problemi və onun fəsadları, bu problemlərlə mübarizə üçün beynəlxalq təcrübə, Azərbaycanda uşaqların internet-asılılıqdan qorunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, bir sıra təkliflər irəli sürülüb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı