Dubayda ictimai nəqliyyatda gediş haqqı qol saatı ilə ödəniləcək Oktyabr 23, 2015 | 02:40 / Texnoloji yeniliklər

Birləşmiş Ərəb Əmirliyinin Yol-Nəqliyyat İdarəsi ictimai nəqliyyatda ödəniş kartlarından imtina etməyi planlaşdırır. Əvəzində təmassız ödəniş funksiyasına malik saatlardan istifadə nəzərdə tutulur. “Watch2pay” qol saatları 35-ci “GITEX Technology Week” sərgisində təqdim edilib.

“Qurğu mütəxəssislərimiz tərəfindən sınaqdan keçirilib. Hazırda Dubay sakinlərinin qurğu barədə rəyinin öyrənilməsi və optimal qiymətin müəyyənləşdirilməsi üçün sorğu aparılır” – idarədə gediş haqqının avtomatlaşdırılmış qaydada toplanılması üzrə direktor Xalid Al Avadi bildirib.

payspacemagazine.com saytının məlumatına görə, saat daxili kredit kartı ilə təchiz ediləcək. Bunun sayəsində qol saatı ilə yalnız nəqliyyatda deyil, həm də ticarət mərkəzlərində ödəniş etmək mümkün olacaq. Saatın balansı bankomat, kassa və ya mobil proqramlar vasitəsilə doldurulacaq.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı