Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 9 ayın yekunları ilə bağlı kollegiya iclası keçirilib Oktyabr 22, 2015 | 03:39 / Konfranslar, iclaslar

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) 2015-ci ilin 9 ayının yekunları ilə bağlı kollegiya iclası keçirilib.

İclasda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının səsləndirdiyi iradlardan, qarşıdakı dövr üçün müəyyənləşdirdiyi mühüm vəzifələrdən və verdiyi tapşırıqlardan söz açıb.

9 ayın yekunları ilə bağlı sektor üzrə inkişaf dinamikasına da toxunan nazir prezident İlham Əliyevin qayğısı sayəsində respublikada aparılan uğurlu iqtisadi islahatlar nəticəsində ümumilikdə qeyri-neft sektorunun dinamik inkişafına və artım tempinə nail olunduğunu, bu inkişaf tendensiyasının rabitə və yüksək texnologiyalar sahəsində də öz təsdiqini tapdığını qeyd edib.

Daha sonra kollegiya iclasında 9 ay ərzində rabitə və yüksək texnologiyalar sahəsində görülmüş işlər və əldə olunan nəticələr barədə məruzə dinlənilib. Bildirilib ki, hesabat dövründə sektorun inkişafı istiqamətində görülən işlər öz bəhrəsini verib və bunun nəticəsində sektorun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.6%  faiz artıb. Sahə üzrə sektorda əldə olunan gəlirlərin təxminən 81.1%-i faizi isə özəl sektorun payına düşüb.

Hazırda ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 112-yə bərabərdir. Ölkə üzrə əhalinin 75%-i internet, 65%-i isə genişzolaqlı internet istifadəçisidir. Həmçinin, ev təsərrüfatlarının 58.3%-də kompüter var və 75.2% ev təsərrüfatı internetə çıxışa malikdir. İnternet və genişzolaqlı internet istifadəçiləri göstəricilərinə görə, Azərbaycan dünya orta göstəricisini təqribən 2 dəfə qabaqlayır. Hazırda ölkə əhalisinin yaşadığı ərazilərin 99%-i açıq paketlə (10-11 TV proqram)  rəqəmli televiziya yayımı ilə təmin edilib.

Bundan başqa, hesabat dövründə ölkədə çoxsaylı informasiya resurslarının, xidmətlərin yaradılması, onlardan istifadənin genişlənməsi və informasiya sistemlərinin qlobal məkana inteqrasiyasının genişlənməsi fonunda TİER III  texniki tələblərinə uyğun Data Mərkəzinin qurulması sona çatdırılıb və ABŞ-ın “UpTime İnstitute” təşkilatı tərəfindən sertifikatlaşdırılması təmin edilib.

Daha sonra məruzələr ətrafında RYTN-in bir sıra birlik və müəssisə rəhbərlərinin çıxışları dinlənilib, cari və həlli vacib məsələlər müzakirə edilib.

Kollegiyaya yekun vuran nazir Əli Abbasov ölkə başçısının qarşıya qoyduğu əsas vəzifələrə yenidən toxunaraq, sektor üzrə qazanılmış inkişaf tendensiyası, o cümlədən inkişafın dayanıqlı və davamlılığının təmin edilməsi üçün əsas prioritetlərdən söz açıb, müvafiq fərman, sərəncam və dövlət proqramlarında RYTN-lə bağlı məsələlərin birmənalı şəkildə icrasının vacibliyini diqqətə çatdırıb.

Nazir sektorda xidmət keyfiyyətinin yüksəldilməsi, qeyri-neft sektorunun inkişafına xidmət edən, rəqabətqabiliyyətli məhsul istehsalına əsaslanan ixracyönümlü layihələrə xüsusi diqqət verilməsi, özəl sektorun və innovativ sahibkarlığın fəaliyyəti üçün geniş imkanlar yaradılmasına və inkişafına dəstək verən liberal addımların atılması, vahid rəqəmsal bazar konsepsiyası üzərində işlərin davam etdirilməsi, məmur-vətəndaş münasibətlərində şəffaflığın təmin olunmasına yönələn elektron xidmətlərin əhatə dairəsinin daha da genişləndirilməsi, mobil rabitə və genizolaqlı internetin inkişafı istiqamətində görülən işlərin sürətləndirilməsi, kosmik sahə üzrə layihələrin icrasının davam etdirilməsi, poçt sektorunun rentabelli fəaliyyətinin təmin edilməsi məqsədilə modern poçt xidmətlərinin çeşidlərinin artırılması, kibertəhlükəsizlik və informasiyaların qorunması sahəsində tədbirlərin gücləndirilməsi, eyni zamanda noyabr ayının 1-də Milli Məclisə keçirilən seçkilər çərçivəsində dairə və məntəqələrin keyfiyyətli rabitə ilə təmin edilməsi, müşahidə kameralarının fasiləsiz işinin təşkili ilə bağlı tapşırıqlarını verib.

ictnews.az 
   

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı