AzScienceNet-in fəaliyyətinin səmərəliyinin artırılması istiqamətində tədqiqatlar davam etdiriləcək Yanvar 24, 2014 | 02:00 / Konfranslar, iclaslar

İnstitutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov Elmi şuranın iclasında rəhbərlik etdiyi şöbənin 2014-cü il üçün fəaliyyət planına dair təqdimatla çıxış edib. Bildirib ki, bu il “Korporativ istifadəçilər qrupuna göstərilən İnternet xidmətlərinin səmərəliyinin artırılması üçün model və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya işinin müdafiə edilməsi nəzərdə tutulur. Bundan başqa, AzScienceNet elm kompüter şəbəkəsinin fəaliyyətinin səmərəliyinin artırılması, kompüter şəbəkəsində virtual hesablama mühitlərinin sintezi məsələləri ilə bağlı tədqiqat işləri aparılacaq. 

AzScienceNet şəbəkəsinin istismarı və inkişaf etdirilməsi ilə bağlı məlumat verən R.Ələkbərov AMEA-nın Əsas binasında şəbəkə infrastrukturunun müasir tələblər əsasında yenidən qurulması, AzScienceNet-də veb-hostinq xidmətinin istifadəyə verilməsi, şəbəkə əsasında ölkədaxili və xarici ölkələrlə online videokonfransların təşkili ilə bağlı görüləcək işlərdən danışıb. AMEA-nın institut və təşkilatlarında yeni xidmət sahələrindən istifadənin genişləndiriləcəyini diqqətə çatdırıb. 

Qeyd edib ki, bu il AzScienceNet əsasında regionlar üçün distant təhsil xidmətinin təşkili və AMEA-nın bir neçə institut və təşkilatına yeni fiber-optik əlaqə kanallarının çəkilməsi nəzərdə tutulur. AMEA üzrə e-mail və mobil məlumatlandırma sisteminin qurulması və Elm-TV sisteminin yaradılması da cari ildə görüləcək işlər sırasındadır. 

R.Ələkbərov dünyanın nüfuzlu beynəlxalq və respublika əhəmiyyətli jurnallarında şöbə əməkdaşları tərəfindən beş məqalənin çapının nəzərdə tutulduğunu diqqətə çatdırıb. 

Şöbənin beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı məsələsinə toxunan alim TÜBİTAK-ın nəzdində fəaliyyət göstərən ULAKBİM-lə (Ulusal Akademik Ağ ve Bilgi Merkezi – Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzi) və TERENA-na (Trans-Avropa elmi-tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyası) təşkilatları ilə əməkdaşlıq əlaqələrinin qurulacağını vurğulayıb. 

Fəaliyyət planı Elmi şura üzvləri tərəfindən müzakirə edilərək qəbul olunub. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı