“CorelDraw” praktiki vəsaiti işıq üzü görüb Oktyabr 22, 2015 | 09:28 / Yeni nəşrlər

“CorelDraw” praktiki vəsaiti işıq üzü görüb. Kitabın müəllifləri AMEA İnformasiya Texnologiyaları İnstitutunun proqramçısı Rəna Gözəlova və elmi işçi Hicran Gözəlovadır, rəyçiləri isə institutun böyük elmi işçiləri Gülarə Məmmədova Tamilla Bayramovadır.

İnstitutun Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunmuş kitabda proqramın interfeysi, əmrlər və əsas əməliyyatlardan bəhs olunur. İş mühitinin sazlanması, mətn və rənglərlə iş, fiqurların konturlarının yaradılması, nöqtəli təsvirlərlə iş, xüsusi effektlər, şəkillərin çap edilməsi və s. ətraflı izah edilib. Praktiki vəsaitdə qısa müddət ərzində “sadədən mürəkkəbə doğru” prinsipi əsasında vektor qrafikasını öyrənmək elə də çətin olmayacaq. Proqramda menyu və alətlərin adları ingilis və rus versiyasına uyğun olaraq hər iki dildə verilib. Hər bir mövzu CorelDRAW proqramının bütün imkanlarını qavramağa imkan verən müxtəlif nümunələrlə izah edilib.

Kitab CorelDRAW proqramını sərbəst öyrənmək istəyən istifadəçilər və proqramı tədris edən müəllimlər üçün nəzərdə tutulub. Dizaynerlər və veb-qrafika ilə məşğul olan proqramçılar arasında məşhur olan CorelDRAWX6 qrafik redaktoru bu sahə ilə maraqlananların da stolüstü kitabı ola bilər.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı