Mitinqçilərin sayını hesablamaq üçün kompüter proqramı hazırlanıb Oktyabr 21, 2015 | 12:00 / Texnoloji yeniliklər

Müxtəlif nümayiş, etiraz aksiyalarında iştirak edən insanların sayını hesablamaq üçün kompüter proqramı hazırlanıb. Proqram təminatını ABŞ-ın Mərkəzi Florida  Universitetinin mütəxəssisləri hazırlayıblar.

Bir qayda olaraq nümayişlərdə, mitinqlərdə iştirak edənlərin sayı gözəyarı, ərazi vahidinə düşən adamların vizual hesablanması üsulu ilə təxmini müəyyən edilir. Bu zaman nəticələr orta hesabla hesablanır.

Amerikalı mütəxəssislərin hazırladığı proqram təminatı isə bu işin avtomatik, operativ və düzgün həyata keçirilməsinə imkan yaradır. www.dailytechinfo.org saytının bildirdiyinə görə, yeni proqram təminatı aksiya yerində yuxarıdan, yüksəklikdən çəkilmiş fotoşəkilləri (aero-fotolar) analiz edərək, toplaşan adamların sayını bir neçə həftəyə deyil, 30 dəqiqə ərzində müəyyənləşdirir.  

Mərkəzi Florida Universitetinin informatika üzrə professoru Mübarək Şah bildirib ki, insanların kütləvi şəkildə toplaşdığı yerdə onların sayının avtomatlaşdırılmış kompüter analizi indiyədək heç bir  yerdə aparılmayıb. Mübarək Şahın fikrincə, proqramdan təkcə mitinq və nümayişlərdə insanların sayının hesablanmasında deyil, açıq havada keçirilən başqa ictimai tədbirlərdə də istifadə oluna bilər. Professor vurğulayıb ki, proqram fövqəladə hallarda insan həyatının vaxtında xilas olunmasına da yardım edə bilər.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı