Finlandiya şirkəti fərdi kompüterlər haqqında formalaşmış təsəvvürü dəyişdirəcək Oktyabr 20, 2015 | 10:00 / Texnoloji yeniliklər

Finlandiyalı mühəndislər fərdi kompüterlər haqqında formalaşmış təsəvvürü dəyişdirəcək “Solu” adlı yığcam kompüter hazırlayırlar.

gazeta.ru saytının məlumatına görə, layihə “Kickstarter” kraudfandinq (layihənin reallaşdırılması məqsədilə geniş kütlələrdən maliyyə cəlb olunması mexanizmi) meydançasında həyata keçirilir.

“Solu” hər tərəfi 10 sm, qalınlığı isə 10 mm təşkil edən kvadrat formalı qurğudur. Arxa qapağı ağacdan hazırlanmış kompüterin ön panelində 4 düymlük sensor ekran quraşdırılıb. 2,3 GHs takt tezlikli prosessor, akkumulyator və “Wi-Fi” ilə təchiz edilib, xüsusi əməliyyat sistemi ilə işləyir. Qurğunun bütün məlumatları “bulud”da saxlanılır.

Kompüterin ilkin qiyməti 349 avro təşkil edir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı