İnstitutun şöbə müdiri Mobil və Simsiz Texnologiyalar üzrə III Beynəlxalq konfransın Proqram komitəsinə üzv seçilib Oktyabr 19, 2015 | 05:08 / Mühüm hadisələr

23-26 may 2016-cı il tarixlərdə Koreya Respublikasında Mobil və Simsiz Texnologiyalar üzrə III Beynəlxalq Konfrans (The 3rd International Conference on Mobile and Wireless Technology (ICMWT2016) keçiriləcək. AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev konfransın Proqram komitəsinə üzv seçilib.

Konfransın əsas istiqamətləri mobil və simsiz şəbəkə texnologiyaları və tətbiqlər, mobil və simsiz şəbəkələrdə informasiya təhlükəsizliyi, mobil verilənlərin idarə edilməsi və analizi, mobil proqram təminatının işlənməsi problemləridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı