Elmi məqalələrin ədəbiyyat siyahısının tərtibatında transliterasiya problemləri araşdırılır Oktyabr 19, 2015 | 11:14 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda beynəlxalq elmi bazalara daxil olan jurnallarda məqalələrin ədəbiyyat siyahısının tərtibatında mövcud olan transliterasiya problemləri araşdırılır. Siyahının tərtibatında transliterasiya qaydalarına əməl edilməsi alimin məqalələrinə olan istinad indeksinin düzgün hesablanması, İnternetdə axtarışın düzgün və səmərəli nəticə verməsi, virtual mühitdə məqalə müəllifinin ad və soyadının fərqli variantda təqdiminin qarşısının alınması baxımından mühüm şərtdir. Bu haqda institutun böyük elmi işçisi Səbinə Məmmədzadə elmi seminarda "Beynəlxalq elmi bazalara daxil olan jurnallarda məqalələrin ədəbiyyat siyahısının tərtibatında transliterasiya problemləri" mövzusunda geniş təqdimatla çıxışı zamanı bildirib. 

Transliterasiya sözlərin və ya mətnin uyğun qaydalara əsasən başqa əlifbaya çevrilməsidir. Linqvistika nöqteyi-nəzərindən, transliterasiya mətnin bir yazı sistemindən digərinə sözbəsöz və ya hərfbəhərf çevrilməsidir. 

Məruzəçi ədəbiyyat siyahısının tərcüməsi və transliterasiyası zamanı mövcud problemlərə toxunaraq, Azərbaycanda dərc edilən elmi jurnallar üçün transliterasiya standartlarının işlənilmədiyini bildirib. Ədəbiyyat siyahısının latın əlifbasında tərtibatı üzrə vahid tələbin mövcud olmadığını söyləyərək, latın qrafikasında və Azərbaycan əlifbasında kitab, məcmuə, məqalə, konfrans materialları və digər nəşrlər haqqında məlumatların fərqləndiyini qeyd edib. S.Məmmədzadə təşkilatın və ya müəllifin elmi fəaliyyəti qiymətləndirilərkən məqalə, konfrans materialları və digər nəşrlərin adlarının düzgün tərcüməsinin böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. Axtarış zamanı transliterasiya ilə əlaqədar yaranan problemlərə dair nümunələr gətirib. Bu sahədə aparılan araşdırmalara daha çox tədqiqatçıların cəlb edilməsinin zəruriliyini bildirib.   

Biblioqrafik istinad siyahısının strukturlaşma variantları, ədəbiyyat siyahısının tərtibat sxemini təqdim edib. Jurnal, konfrans materiallarında çap olunan məqalə və tezislərə, İnternet resurslarına olan istinad, müxtəlif təşkilatların ədəbiyyat siyahısının tərtibatı qaydaları haqqında məlumat verib. Slavyan və Şərqi Avropa Dilləri Müəllimlərinin Amerika Assosiasiyasının adların transliterasiyasına olan tələbləri, Hong Kong Baptist University Library-də istifadə olunan APA üslubunun tələblərini iştirakçıların nəzərinə çatdırıb.

S.Məmmədzadə həmçinin elmi bazalarda elmi jurnalların ekspertiza meyarları, jurnalın nüfuzunun yüksəldilməsi  üçün müəyyən olunnan meyarlar, redaksiya etikası ilə bağlı məlumat verib.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı