Bulud texnologiyaları və virtuallaşma üzrə konfrans keçiriləcək Oktyabr 15, 2015 | 12:01 / Konfranslar, iclaslar

Bakıda oktyabrın 28-də bulud texnologiyaları və virtuallaşma mövzusunda "VMware Tour 2015" konfransı keçiriləcək. Tədbir çərçivəsində iştirakçılar İT infrastrukturun yeni imkanları haqda məlumatlar əldə edəcəklər.
 
Qeyd edək ki, "VMware Tour" konfransları artıq dörd ildir ki, Rusiyanın və MDB-nin ən iri şəhərlərində keçirilir. Bu konfranslarda hər il minlərlə İT-mütəxəssisi, vendor, sifarişçi və tərəfdaş iştirak edir.
 
Bakıda keçiriləcək "VMware Tour"un iştirakçıları virtuallaşma və bulud hesablamaları sahəsində aparıcı texnologiya və yeni məhsullarla tanış olma imkanı əldə edəcəklər. İştirakçılar istənilən qurğuda istənilən əlavə üçün vahid buluddan istifadəni nəzərdə tutan yeni "One Cloud, Any Application on Any Device" konsepsiyası haqqında məlumat alacaqlar.
 
Tədbirdə "VMware" şirkətinin Rusiya və MDB üzrə texniki direktoru Vladimir Tkaçov, şirkətin bulud  texnologiyalarının inkişafı üzrə meneceri Aleksandr Kuznetsov məruzə ilə çıxış edəcəklər.
 
Konfransda iştirak etmək üçün vtrussia.ru saytında qeydiyyatdan keçmək lazımdır.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı