İlk 16 obyektivli kamera təqdim olunub Oktyabr 09, 2015 | 11:29 / Maraqlı məlumatlar

“Light” şirkəti təsvirin əldə olunması üçün 16 obyektivin quraşdırıldığı “L16” eksperimental kamerasını təqdim edib. Qurğunun “gözləri (onların sayı infraqırmızı sensor ilə birlikdə 17-dir) cihazın ön panelində yerləşir.

Kameranın obyektivlərindən hər biri 13 meqapiksel matrisə malikdir. Onlar fokus məsafəsinə görə üç qrupa bölünür: obyektivlərdən beşi 32 mm, beşi 70 mm, altısı isə 150 mm. “L16”nın digər tərəfində isə idarəetmə, parametrlər, miqyas və fokuslamanın dəyişdirilməsi üçün 5 düymlük “touchscreen” quraşdırılıb.

vesti.ru saytının məlumatına görə, yeni qurğu təsviri eyni zamanda bir neçə obyektivə qeydə ala və onları 52 meqapikselədək ölçüyə imkan verən təsvirdə birləşdirə bilər. Bundan əlavə, yeni texnologiya çəkilişdən sonra da fokusu seçmək xüsusiyyətinə malikdir.

Bu kamera vasitəsilə əldə olunmuş təsvir yüksək keyfiyyətli “Canon 5D” fotoaparatı ilə qeydə alınmış təsvirlə müqayisə oluna bilər.

2016-cı ilin yayında satışa çıxarılacaq “L16”nın dəyəri hazırda 1299 ABŞ dolları təşkil edir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı