“Microsoft” ilk noutbukunu nümayiş etdirib Oktyabr 07, 2015 | 03:46 / Maraqlı məlumatlar

“Microsoft” şirkəti “Surface Book” adlı ilk noutbukunu təqdim edib. İstehsalçılar iddia edirlər ki, yeni noutbuk “Apple” şirkətinin “MacBook Pro” qurğusundan iki dəfə sürətlidir. “Surface Book” 3000x2000 piksel təsvir ölçüsünə malik 13,5 düymlük sensor ekranla təchiz edilib. Bundan əlavə, ekran “Corning Gorilla Glass 4” qoruyucu şüşəsinə malikdir. İnformasiyanın daxil edilməsi üçün həmçinin “Surface Pen”dən istifadə etmək olar.

gazeta.ru saytının məlumatına əsasən, qurğunu planşet kimi də istifadə etmək mümkündür. Noutbuk ən yeni “Intel” prosessorları və “NVIDIA GeForce” qrafikası ilə təchiz olunub.

Avtonom iş rejimində 12 saatadək işləyə bilən “Surface Book” oktyabrın 7-dən ilkin sifariş üçün əlçatan olacaq.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı